Fələstin BRİCS-ə üzv olmaq istəyir

Dünya

26.08.2024 16:33

“Fələstin oktyabr ayında Kazanda keçiriləcək sammitdən sonra BRİCS-ə qoşulmaq üçün müraciət edəcək”.

TodayPress xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl mətbuat konfransında deyib.

“Sammitdə ilk iştirakımızdan sonra biz bu assosiasiyaya qoşulmaq üçün müraciət göndərəcəyik. Rusiya prezidenti Vladimir Putin söz verdi ki, sessiya bütünlüklə Fələstinə həsr olunacaq. Ona görə də bu sammitdən müsbət gözləntilərimiz var” deyə o, bildirib. 

Töhfə Səməd

tag: Rusiya, Putin, Fələstin, Sammit, Kazan, todaypress.az,