Fələstin ABŞ-nin mövqeyinə baxmayaraq, BMT-yə üzv olmaq istəyir
Dünya
28.10.2024 10:48
“Fələstin ABŞ-nin mövqeyinə zidd olaraq Birləşmiş Millətlər Təşkilatına (BMT) tamhüquqlu üzv olmaq cəhdini davam etdirəcək”.
TodayPress xəbər verir ki, bu barədə Fələstin prezidentinin müşaviri Mahmud əl-Həbaş “RİA”ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Fələstin öz dövlətçiliyinin bəzi Avropa ölkələri tərəfindən tanınmasına çalışacaq.
Qeyd edək ki, mayın 10-da BMT Baş Assambleyası Fələstin təşkilatdakı hüquqlarını genişləndirən, habelə ölkənin BMT-yə qəbulu məsələsinə yenidən baxmağı tövsiyə edən qətnamə qəbul edib.
Qətnamənin lehinə 143 ölkə, əleyhinə 9 ölkə söz verib, 25 ölkə isə bitərəf qalıb. Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.
Günəş Mərd
tag: BMT, Fələstin, Avropa, Hüquqlar, todaypress.az,