FED uçot dərəcəsini 4,25-4,5% səviyyəsində saxladı

Dünya

30.01.2025 08:45

ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb

TodayPress xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilib.

“Məqsədlərinə dəstək olaraq, Federal Açıq Bazar Komitəsi federal fondların dərəcəsi üçün hədəf diapazonunu 4,25% - 4,5% səviyyəsində saxlamağa qərar verib.

Federal fondların dərəcəsi üçün hədəf diapazonuna əlavə düzəlişlərin ölçüsünü və vaxtını nəzərə alaraq, komitə daxil olan məlumatları, dəyişən perspektivlər və risklər balansı diqqətlə qiymətləndirəcəkdir” deyə məlumatda qeyd edilib.

 

tag: FED, Bazar, Federal, Uçot,ABŞ, todaypress.az,