FAS: Almaniyanın Ukraynaya yardım göstərmək üçün pulu yoxdur

Dünya

17.08.2024 12:37

Almaniya Ukraynaya yardımın göstərilməsini məhdudlaşdırmaq məcburiyyətindədir. Səbəb büdcə formalaşdırılarkən bu məqsədlər üçün vəsaitin ayırlmamasıdır.

TodayPress xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti yazıb.

Nəşr bildirib ki, bununla belə Almaniyanın maliyyə naziri Kristian Lindner Ukrayna Silahlı Qüvvələrinə ayrılan vəsaitin azaldılmayacağını bildirib. 

O, qeyd edib ki, gələcəkdə Kiyevə maliyyə Almaniya büdcəsindən deyil, Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən göndərilməlidir.

Günəş Mərd

tag: Ukrayna, Almaniya, Hərbi Yardım ,Ukrayna Silahlı Qüvvələri,Kristian Lindner, todaypress.az,