Fanatını nokaut edən qız MMA döyüşçüsü çıxdı

Dünya

21.07.2024 13:00

1396

Sankt-Peterburqda pərəstişkarını nokaut edən qızın MMA döyüşçüsü olduğu üzə çıxıb.

TodayPress xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.

Alisa İrinina məkanda onu narahat edən şəxsdən uzaqlaşmaq üçün məkanın önünə çıxaraq mühafizəçiyə şikayət edib. Lakin mühafizəçi təcavüzkar şəxsə maneə ola bilməyib. Nəticədə Alisa onu narahat edən kişinin üzünə yumruq vuraraq onu nokault edib. Kişi müvazinətini itirərək asfalta yıxılıb.

Qeyd edək ki, Alisa İrinina hazırda idmanla fəal məşğul deyil.  O, 2017-ci ildə Rusiya Uşu Sanda Kubokunu qazanıb və 2020-ci ildə KEMPO MMA Dünya Çempionatında üçüncü yeri tutub.

 

Töhfə Səməd

tag: MMA,Alisa İrinina,Sankt-Peterburq,KEMPO ,Rusiya Uşu Sanda Kuboku,todaypress.az,