F-16-ların ilk partiyası Ukraynaya çatdırıldı

Dünya

01.08.2024 01:00

NATO müttəfiqlərindən “F-16” qırıcılarının ilk kiçik partiyası Ukraynaya çatdırılıb.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, son aylarda Qərb ölkələrində təlim keçən ukraynalı pilotların dərhal döyüş təyyarələrindən istifadəyə başlaya biləcəkləri və ya prosesin daha uzun çəkəcəyi hələlik bəlli deyil.

Agentlik “F-16”ları Kiyevə göndərən ölkələrin adını və qırıcıların sayını açıqlamayıb, lakin eyni zamanda onların verilməsini “çoxdan gözlənilən addım” kimi dəyərləndirib.

tag: F-16, Ukrayna, Zelenski, NATO, Bloomberg, todaypress.az,