Eynşteynin məktubu 3,9 milyon dollara satıldı

Dünya

11.09.2024 09:20

Fizik Albert Eynşteynin ABŞ-nin 32-ci prezidenti Franklin Ruzveltə nasist Almaniyasının nüvə silahı yaratmaq təhlükəsindən bəhs edən məktubu hərracda satılıb. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, hərrac evi məktubu 4 milyon dollara qiymətləndirsə də, o, 3,9 milyon satılıb. 

O, iki variantda yazılıb. Göndərilən versiya Nyu Yorkdakı Ruzvelt Muzeyi və Kitabxanasında qorunur.

Hərraca çıxarılan Eynşteynin imzası olan daha qısa versiya "Microsoft"un həmtəsisçisi Paul Allenə məxsus idi. 

Alim  məktubda Amerika prezidentinə xəbərdarlıq edib ki, nasist Almaniyası nüvə tədqiqatlarından son dərəcə güclü bombalar yaratmaq üçün istifadə edə bilər.

Günəş Mərd

tag: Albert Eynşteyn,Alim ,Amerika ,Franklin Ruzvelt,Hərrac,Muzey,todaypress.az,