Eyfeldə həyəcan: Ziyarətçilər təxliyə edildi
Dünya
24.12.2024 17:40
Parisdəki Eyfel qülləsinin ziyarətçiləri və işçiləri təxliyə edilib.
TodayPress xəbər verir ki, bu barədə “BFMTV” məlumat yayıb.
Məlumata görə, liftlərin elektrik naqillərində yaranan qısaqapanma səbəbindən həyəcan siqnalı işə düşüb. Təhlükəsizlik qaydalarına uyğun olaraq bütün insanlar təxliyə edilib.
Qülləyə gələnlərin təhlükədən xilas olduğu bildirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Qey edək ki, Eyfel qülləsi hər gün orta hesabla 15.000-25.000 ziyarətçi qəbul edir.
Günəş Mərd
tag: Eyfel ,Qüllə, Təxliyə, Həyəcan, todaypress.az,