Ev iti yaşlı sahibəsini öldürdü

Dünya

28.11.2024 14:58

Rusiyanın Leninqrad vilayətində ev iti yaşlı sahibəsini öldürüb.

TodayPress yerli mediaya istinadla bildirir ki, hadisə Qatçina rayonunun Bolşiye Kolpanı kəndində baş verib. 

77 yaşlı təqaüdçünün meyiti hasarla əhatə olunmuş torpaq sahəsində tapılıb. Olay yerinə gələn müstəntiqlər mərhumun bədənində kəsilmiş-deşilmiş xəsarətləri qeydə alıblar.

Yaşlı qadının ölümündən sonra hadisənin bütün hallarını müəyyən etmək üçün araşdırmalara başlanılıb. 

Qadının meyitini müayinə edən məhkəmə-tibb ekspertinin sözlərinə görə, o, şəxsi itinin çoxsaylı dişləmələri nəticəsində ölüb. 

Evdəki heyvanın tükündə də qan izləri müşahidə edilib.

tag: Rusiya, Leninqrad, İt, Ölüm, todaypress.az,