“Euroclear” Rusiyadan əldə etdiyi gəlirləri Ukrayna fonduna köçürəcək

Dünya

19.07.2024 15:41

1431

Belçika depozitari “Euroclear” iyul ayında Rusiyanın dondurulmuş səhmlərinə qoyduğu investisiyadan 1,55 milyard avro qazanıb. 

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Bildirilib ki, şirkət həmin gəlirin birinci hissəsini, Avropa İttifaqı (Aİ) Şurasının Ukraynaya Yardım Fonduna (UYF) köçürmək niyyətindədir.

“Euroclear”ın hesabatına əsasən ilin birinci yarısında şirkət bloklanmış Rusiya aktivlərindən 3,4 milyard avro gəlir əldə edib.

Qeyd edək ki, ümumilikdə şirkətin saytında Rusiyanın 200 milyard avrodan çox maliyyə aktivi bloklanıb.

Töhfə Səməd

tag: Belçika, Depozitar, Euroclear, Şirkət, todaypress.az,