Etna vulkanı yenidən aktivləşdi

Dünya

04.07.2024 17:40

İtaliyanın Siciliya adasında yerləşən dünyanın ən aktiv vulkanlarından biri olan Etna yenidən aktivləşib.

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan (INGV) məlumat verilib.  

Etnanın Vorajin kraterində 4 ildən sonra ilk dəfə partlayış baş verdiyi bildirilib. 

Aktivləşən vulkan ətrafa lava və kül püskürüb.

Qeyd  edək ki, 3357 metr hündürlükdə olan Etna vulkanı sonuncu dəfə 2023-cü ilin dekabrında aktiv olub.

Günəş Mərd

tag: Etna Vulkan, Siciliya, İtaliya, Vulkanologiya, Aktivlik, todaypress.az,