Etna püskürdü - Aviareyslər təxirə salındı
Dünya
23.07.2024 17:11
İtaliyanın cənubunda olan aktiv vulkanlardan olan Etna yenidən püskürüb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində ətrafa kül və lava yayılıb. Bu səbəblə Katanya hava limanında uçuşlar dayandırılıb. Göyə sovrulan kül qara bulud əmələ gətirib ki, bu da təyyarələrin uçuşuna çətinlik yaradıb.
Xatırladaq ki, Etna Avropa qitəsinin ən aktiv vulkanıdır.
tag: Etno,İtaliya, Vulkan, Avropa,Aviareys, todaypress.az,