Etirazçılar Monqolustanda mərkəzi prospekti bağladılar
Dünya
11.01.2025 17:40
Monqolustan hökumətini ətraf mühitin çirkləndirilməsi və işsizliklə mübarizə aparmamaqda ittiham edən etirazçılar paytaxtın əsas prospektini bağlayıblar.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Aksiya iştirakçıları mərkəzi Mira prospektini bağladıqları üçün 15 avtobus marşrutu ləğv edilib. Sosial şəbəkələrdə ictimaiyyət nümayişçilərin hərəkətlərini pisləyir və onları aksiyanı dinc şəkildə keçirməyə çağırır.
Nümayişin təşəbbüskarı və təşkilatçısı “Azadlıq Alyansı” partiyasıdır. Onun nümayəndələri, öz təbirincə, “tüstü, tıxac, yoxsulluq, korrupsiya və işsizlik problemlərini həll edə bilməyən” hökumətlə dialoqa getməyəcəklərini bildiriblər. Bununla bağlı partiya hökuməti istefaya çağırır.
Töhfə Səməd
tag: Monqolustan ,Etirazçılar ,Prospekt, Bağalama,todaypress.az,