Etirazçılar Amsterdamın məşhur muzeyinə girişi bağladı
Dünya
07.09.2024 17:34
Amsterdamda iqlim fəalları Niderlandın ən böyük muzeyi olan “Rijksmuseum”un girişini bağlayıblar.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, sarı rəngli kombinezon geyinmiş 60-a yaxın nümayişçi özlərini muzeyin dəmir hasarına zəncirləyiblər.
Onlar muzeyin yanacaq sənayesini dəstəkləyən bir bank olan ING ilə əlaqələrini dayandırmağı tələb ediblər.
Etiraz səbəbindən muzeyə daxil ola bilməyən bəzi ziyarətçilər aksiyanın formasına etiraz ediblər.
Nümayişi mühasirəyə alan bir çox polis yalnız vəziyyəti izləyib və müdaxilə etməyib.
Günəş Mərd
tag: Rijksmuseum ,Nümayişçilər, Aksiya, Ziyarətçilər ,Niderland ,Muzey, todaypress.az,