Estoniyanın keçmiş Prezidenti Arnold Ruutel vəfat etdi
Estoniyanın keçmiş Prezidenti Arnold Rüütel 97 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə "Postimees" qəzeti məlumat yayıb.
Məlumata görə, Rüütel dekabrın 31-i axşam Tallində dünyasını dəyişib.
Qəzet yazır ki, dekabrın sonunda eks-prezident ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, ölümünün səbəbi açıqlanmayıb.
Arnold Rüütel 2001-2006-cı illərdə Estoniya Prezidenti vəzifəsində çalışıb.
tag: Estoniya,Prezident,Tallin,Arnold Rüütel,todaypress.az,