Estoniyanın Baş naziri istefa verdi
Dünya
15.07.2024 12:10
Estoniyanın Baş naziri Kaja Kallas və ölkə hökuməti istefa verib.
TodayPress xəbər verir ki, bu barədə Estoniyanın "ERR" dövlət televiziya və radio portalı məlumat yayıb.
Yeni kabinet işə başlayana qədər onlar öz vəzifələrini icra etməyə davam edəcəklər.
Kallas yeni kabinet and içənə qədər hökumət başçısı olaraq qalacaq.
Günəş Mərd
tag: Estoniya, Baş Nazir, Dövlət, Kallas, Hökumət, todaypress.az,