Estoniyada müdafiə sənayesinə dəstək fondu yaradıldı
Dünya
22.01.2025 18:10
Estoniya hökuməti müdafiə sənayesini dəstəkləmək üçün 100 milyon avro məbləğində yeni investisiya fondu yaradıb.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və sənaye naziri Erkki Keldo bildirib.
“İlk 50 milyon avro artıq yatırılıb və hökumət bu altı ay ərzində ediləcək daha 50 milyon avronun ayrılması qərarını təsdiqləyib” deyə o bildirib.
Keldo əlavə edib ki, fond fəaliyyətə başladıqdan sonra hakimiyyət şirkətlərlə aktiv qarşılıqlı fəaliyyətə başlayacaq.
Günəş Mərd
tag: Estoniya,Müdafiə sənayesi, Erkki Keldo,Dünya xəbəri,todaypress.az,