Estoniyada müdafiə sahəsi ilə bağlı vergi tətbiq ediləcək
Dünya
16.07.2024 20:18
Estoniyada 2027-ci ildə
keçiriləcək növbəti parlament seçkilərinə qədər müdafiə sahəsi ilə bağlı vergi
tətbiq ediləcək.
TodayPress “ERR” portalına
istinadən xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna
deyib.
Onun sözlərinə görə, bu verginin çoxkomponentli olacağı gözlənilir:
“İkinci mühüm məqam müdafiə sahəsi
ilə bağlı verginin müvəqqəti tətbiq edilməsi ilə bağlıdır”.
Nazir vurğulayıb ki, verginin məbləği əhalinin müxtəlif kateqoriyaları üçün gəlirlərindən asılı olaraq dəyişəcək.
tag: todaypress.az, Estoniya, Müdafiə, Vergi, Tsaxkna,