Estoniyada iki həftəlik NATO təlimləri başlayır

Dünya

02.12.2024 12:46

2288

Estoniyada NATO ölkələrinin hərbçilərinin iştirak etdiyi iki həftəlik “Pikne” təlimi başlayır. 

TodayPress xəbər verir ki, bu barədə Estoniyanın “Postimees” qəzeti məlumat yayıb.

Təlimlər Estoniyanın müttəfiqlərinin gəmilərinin gəlişini və aktiv hava əməliyyatlarının aparılmasını nəzərdə tutur. 

Əsas təlimlər dekabrın 2-dən 15-dək ölkənin şimal və şimal-şərq bölgələrində baş tutacaq.

Qeyd olunub ki, təlim zamanı Fransa Silahlı Qüvvələrinin bölmələri qüvvələrin Estoniyaya köçürülməsi üçün quru və hava əməliyyatları keçirəcək, bundan sonra Böyük Britaniya və Estoniya bölmələri ilə birlikdə verilən tapşırıqların yerinə yetirilməsi üzrə məşq edəcəklər. 

Təlimlər çərçivəsində NATO bölmələri qüvvələrin münaqişə zonasına köçürülməsi mexanizmlərini işləyəcək. 

Manevrlərdə Estoniya, Latviya, ABŞ, Fransa və Böyük Britaniyadan 2 minə yaxın hərbçi iştirak edəcək. 

Günəş Mərd

tag: NATO, Təlim, Hərbi, Estoniya, Böyük Britaniya, todaypress.az,