Estoniya Ukraynaya yeni yardım paketi elan etdi

Dünya

12.11.2024 07:13

1441

Estoniya Ukraynaya yeni hərbi yardım paketi elan edib.

 

TodayPress xəbər verir ki, bu barədə Estoniya müdafiə naziri Hanno Pevkur “X” sosial şəbəkə hesabında yazıb.

 

Pevkur bildirib ki, o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

“Onun ofisinə gedərkən mən yeni hərbi yardım paketinin, o cümlədən geyim, atıcı silah və s. ayrılması haqqında əmri elektron şəkildə imzaladım. Yeni paket gələn il gələcək” o vurğulayıb.

 

Ukrayna lideri bildirib ki, Moskva qadağalara baxmayaraq, digər ölkələrdən raketlər alır.


Aynur TAC

tag: Pevkur, Zelenski, Ukrayna, Rusiya, Moskva,Estoniya, todaypress.az,