Estoniya Ukraynaya 510 min avrodan çox vəsait ayırdı
Dünya
21.09.2024 13:15
Estoniya Rusiyanın ölkənin enerji infrastrukturunun təxminən 80 faizini məhv etməsindən sonra Ukraynanın qışa hazırlaşması üçün 510 min avrodan çox vəsait ayırıb.
TodayPress xəbər verir ki, bu barədə “ERR” məlumat yayıb.
Xarici İşlər Nazirliyi Ukraynada fəaliyyət göstərən strateji humanitar yardım tərəfdaşları Mondo və Estoniya Qaçqınlar Şurasına 513 min 660 avro verib.
Onlar Xarkovda məcburi köçkünlər üçün sığınacaqların təmiri və izolyasiyası, Xarkov və Dnepropetrovsk vilayətlərindəki 17 sığınacağı istilik cihazları ilə təmin edilməsi eyni zamanda Gürcüstandakı ukraynalı qaçqınların qış xərclərini ödənilməsin təmin edəcəklər.
tag: Rusiya, Estoniya, Ukrayna, Enerji,Humanitar Yardım ,todaypress.az,