Estoniya Ukraynadan pilotsuz təyyarələr alacaq

Dünya

30.10.2024 12:57

Estoniya Ukraynadan pilotsuz təyyarələr ala bilər. 

TodayPress xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur icazə verib.  

“Ukraynada dronların keyfiyyəti çox yaxşıdır. Orada müxtəlif modellər istehsal olunur və biz bu istiqamətdə işimizi davam etdiririk. Əgər tender elan etsək, o, Ukrayna müəssisələri üçün açıq olacaq” deyə Pevkur qeyd edib.

Günəş Mərd

tag: Estoniya, Ukrayna,Hanno Pevkur ,Dronlar, todaypress.az,