Estoniya "TikTok"u Avropada qadağan etməyi təklif edir
Dünya
19.01.2025 15:38
"TikTok"un ABŞ-də bloklanmasından sonra platformanın Avropada da qadağan edilməsi təklif edilib.
TodayPress xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, “TikTok" dezinformasiya yayır”.
Bundan əlavə, xidmət seçki manipulyasiyası üçün istifadə olunur:
“Üstəlik onun kütləvi məlumat toplanmasınınciddi təhlükəsizlik riski yaratdığı məlumdur. "TikTok"a qadağa Avropada da nəzərə alınmalıdır”.
Qeyd edək ki, yanvarın 19-da Amerika hakimiyyətinin qadağasından sonra "TikTok" ABŞ-də bloklanıb.
Günəş Mərd
tag: Tiktok,Qadağa,Estoniya,ABŞ,Todaypress.az,