Estoniya-Rusiya sərhədində gücləndirilmiş nəzarət tətbiq olundu
Dünya
08.08.2024 12:10
Estoniya Rusiya ilə sərhəddə gücləndirilmiş gömrük nəzarəti rejiminin tətbiqinə başlayıb.
TodayPress-in xəbərinə görə, bu barədə ölkənin maliyyə naziri Yurgen Liqa məlumat verib.
O, bildirib ki, əsas məqsəd sərhəddən Rusiya ərazisinə hərbi təyinatlı məhsulların qanunsuz keçidinə mane olmaqdır. Nazirin sözlərinə görə, yeni rejimin işə düşməsi ilə Rusiya ərazisinə keçmək istəyən sərnişinlərin yükləri təftiş olunacaq, özlərindən isə səfərin məqsədi barədə müvafiq qaydada izahat tələb ediləcək.
Y. Liqa eyni zamanda qeyd edib ki, nəqliyyat vasitələri rentgen vasitəsilə yoxlamadan keçdikdən sonra yüklər boşaldılaraq, onların sayı və təyinatı bəyannamə ilə dəqiqləşdiriləcək.
tag: Estoniya, Rusiya, Liqa, Nəzarət Rejimi,Sərhəd, todaypress.az,