Estoniya Rusiya sərhədi yaxınlığında hərbi baza yaradacaq

Dünya

23.04.2025 15:05

5

Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Vahur Karus Rusiya sərhədi yaxınlığındakı Narva şəhərində yeni hərbi bazanın yaradılacağını açıqlayıb.   

TodayPress xəbər verir ki, o, bu barədə Estoniya Milli Televiziyasına (ERR) verdiyi müsahibədə danışıb. 

Karusun sözlərinə görə, bazada təxminən 200-250 hərbçi xidmət göstərəcək.

Burada həm Estoniya əsgərləri, həm də müttəfiq ölkələrin hərbçiləri yerləşdiriləcək. 

O bildirib ki, bu addım Narva şəhərinə və onun sakinlərinə Estoniyanın müdafiə qüdrətini nümayiş etdirmək məqsədi daşıyır. 

Baş Qərargah rəisi yerli əhalini Estoniya əsgərlərinin şəhər mənzərəsinin daimi və təbii hissəsinə çevrilməsinə öyrəşməyə çağırıb. 

Türkan İsgəndərli

tag: Estoniya,Rusiya,Hərbi,Baza,Todaypress.az,