Estoniya Rusiya ilə təhlükəsizlik sazişindən çıxacaq
Estoniya Rusiya ilə yol təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxmaq qərarına gəlib.
TodayPress, “Postimees”a istinadən xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri Lauri Lanemets deyib.
"Əməkdaşlıq Sazişinin 18-ci maddəsinə uyğun olaraq, sizə bildiririk ki, Estoniya Daxili İşlər Nazirliyi müəyyən edilmiş vaxtda sazişdən çıxır" Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri rusiyalı həmkarlarına məktubunda bildirib.
Qeyd edək ki, 1993-cü il sentyabrın 24-də keçmiş SSRİ-nin 12 ölkəsinin, o cümlədən Rusiya, Estoniya, Ukrayna və Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş bağlanıb. Sazişin 18-ci maddəsinə əsasən, hər bir tərəf Rusiya Daxili İşlər Nazirliyinə yazılı bildiriş göndərildiyi gündən altı ay ərzində müqavilədən çıxmaq hüququna malikdir.
Günəş Mərd
tag: Estoniya ,Rusiya,Əməkdaşlıq Sazişi,Lauri Lanemets,todaypress.az,