Estoniya Rusiya ilə sərhədin bağlanmasını təsdiqləmədi
Dünya
25.01.2025 16:55
Estoniya yaxın gələcəkdə Rusiya Federasiyası ilə sərhədi bağlamağı düşünmür.
TodayPress xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb.
Məlumatda deyilir ki, Estoniyanın Vergi və Gömrük Departamenti (TCD) Rusiya ilə sərhədin yaxın gələcəkdə bağlana biləcəyi ilə bağlı xəbərləri təsdiqləməyib.
Əlavə edilib ki, belə bir məlumat olarsa, ölkə vtəndaşları bu haqda məlumtalandırılacaqlar.
Xatırladaq ki, yanvarın 14-də Estoniya müxalifət partiyası “İsamaa” iki ölkə arasında sərhədin bağlanmasını təklif edib.
Nicat Osman
tag: Rusiya,Estoniya,Sərhəd,Miqrasiya,Təyyarə,Todaypress.az,