Estoniya Rusiya ilə sərhədi bağlamağı təklif etdi

Dünya

14.01.2025 15:38

Estoniyada müxalifət partiyası “İsamaa” ölkənin Rusiya ilə sərhədlərini bağlamağı təklif edib.      

TodayPress xəbər verir ki, bu barədə “ERR”  məlumat yayıb.

Qeyd olunub ki, partiya lideri Urmas Reinsalu qanun layihəsini Rusiyanın Estoniya və müttəfiqlərinə qarşı təşkil etdiyi bir neçə hibrid hücumu ilə əsaslandırıb.    

Belə ki, o, dekabrda Rusiyanı Finlandiya körfəzində elektrik kabelini zədələməkdə ittiham edib.

Qeyd edək ki, bundan öncə dekabrda Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Läänemets bildirmişdi ki, departament respublikanın Rusiya ilə sərhədinin bağlanmasını zəruri addım hesab etmir. İndi təhlükəsizlik baxımından belə bir tədbirə ehtiyac yoxdur.   

Günəş Mərd

tag: Estoniya, Rusiya, Sərhəd ,Təklif, todaypress.az,