Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaratdı
Dünya
18.09.2024 20:14
Estoniya dövləti Rusiya ilə sərhəd yaxınlığında yeni hərbi baza yaradıb.
TodayPress xəbər verir ki, bu barədə "ERR” teleşirkəti məlumat yayıb.
Məlumata görə, hərbi baza 14 tikilidən ibarət olacaq.
Bildirilib ki, bazaya min nəfərə qədər şəxsi heyət
yerləşdiriləcək.
Şirkət
qeyd edib ki, bazanı yaratmaqda məqsəd NATO-nun müdafiə məqsədilə hazırlıqlarını həyata keçirmək, eyni zamanda toplanma nöqtəsi kimi istifadə ediləcək.
Aynur TAC
tag: Estoniya, Rusiya, Baza, Hərbi, todaypress.az,