Estoniya Narvada hərbi baza quracaq
Estoniya Müdafiə Qüvvələri Rusiya ilə sərhəddə yerləşən və əsasən rusdilli əhalinin yaşadığı Narva şəhərində batalyon səviyyəli hərbi bazanın yaradılmasını planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə Qüvvələrinin komandanı, general-mayor Andrus Merilo bildirib ki, Narvada hərbi mövcudluğa ehtiyac uzun zamandır mövcuddur:
“Baza mümkün qədər tez qurulmalıdır. Lakin əvvəlcə Müdafiə İnvestisiyaları Mərkəzi uyğun infrastruktur yaratmalıdır”.
Onun sözlərinə görə, hərbi şəhərcik təkcə tam bir batalyonu və onun texnikasını deyil, əlavə bölmələri də qəbul edə biləcək imkanlara malik olmalıdır.
Narva meri Katri Rayk isə bildirib ki, şəhər artıq Müdafiə Qüvvələri və Müdafiə İnvestisiyaları Mərkəzi ilə konstruktiv dialoqa başlayıb:
“Bundan sonra Narva sakinləri ilə də mütəmadi ünsiyyət vacibdir. Onlara hərbi baza ideyasını bir daha izah etməliyik”.
Qiymət Mahir
tag: Estoniya ,Rusiya ,Narva,Andrus Merilo,todaypress.az,