Estoniya müdafiəyə 222 milyon dollar ayırır
Estoniya hökuməti Avropa İttifaqı fondlarından istifadə olunmayan 200 milyon avronu (222 milyon dollar) müdafiə məqsədləri üçün ayırmaq qərarına gəlib.
TodayPress xəbər verir ki, bu barədə Estoniyanın "ERR" teleradio şirkəti məlumat yayıb.
Bildirilir ki, gələn həftə nazirliklər hökumətə hansı layihələrdən imtina ediləcəyinə dair təkliflər təqdim etməlidirlər.
Estoniya Müdafiə Nazirliyinin nümayəndəsi Oliver Tüürün sözlərinə görə, bu vəsait əsasən müdafiə infrastrukturuna, o cümlədən Parnu bölgəsində yerləşən Tostamaa şəhərində yeni müdafiə sənayesi parkının tikintisinə sərf olunacaq.
Bu parkda fəaliyyət göstərəcək şirkətlər avqust ayında seçiləcək və 2027-ci ildən istehsala başlanacağı planlaşdırılır. Aİ fondlarından ayrılan vəsaitlərin 2029-cu ilə qədər istifadə olunması tələb olunur.
Türkan İsgəndərli
tag: Estoniya,Hərbi,Xərc,ÜDM,todaypress.az,