Estoniya müdafiə xərclərini artırır
Estoniyanın müdafiə naziri Hanno Pevkur 2026-cı ildən ölkəsinin hərbi xərclərinin milli ÜDM-in təxminən 4%-ni təşkil edəcəyini bildirib.
TodayPress "TASS"a istinadən xəbər verir ki, o, bu barədə "Welt" qəzetinə müsahibəsində bildirib.
“2026-cı ildən etibarən Estoniya ÜDM-in təxminən 4%-ni müdafiəyə xərcləyəcək. Biz bu yaxınlarda bəzi istisnalar olmaqla, hər bir vergi ödəyicisi tərəfindən ödəniləcək yeni “təhlükəsizlik vergisi” ilə bağlı razılığa gəldik” deyə Pevkur bildirib.
“Aydındır ki, tezliklə bütün NATO ölkələrinin müdafiəyə ÜDM-in cəmi 2%-ni yatırması kifayət etməyəcək. Əgər biz NATO-nun yeni müdafiə planlarında bütün üzvlərdən nə tələb etdiyinə və gələcəkdə hansı hərbi potensialın tələb olunacağına ciddi yanaşsaq, o zaman NATO-nun 2014-cü ildə müdafiə xərclərinə təyin etdiyi əvvəlki 2%-lik ÜDM-nin əhəmiyyətinin olmadığını görərik. İstəsək də, istəməsək də bu, reallıqdır" deyə Estoniya naziri qeyd edib.
Günəş Mərd
tag: Estoniya,müdafiə,silah,NATO,todaypress.az,