Estoniya Belarus dövlət nömrə nişanlı avtomobilləri ölkəyə buraxmayacaq
Estoniya sərhədçiləri Belarus
dövlət nömrə nişanlı avtomobilləri ölkəyə buraxmayacaqlar.
TodayPress xəbər verir
ki, bu barədə Baltikyanı ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Avropa
İttifaqının Belarusa qarşı tətbiq etdiyi sanksiyalara Belarus nömrəli
avtomobillərin təşkilat ərazisinə daxil olması da daxildir:
“Bu o deməkdir ki, bu cür nəqliyyat
vasitələrinin Estoniya sərhəd-keçid məntəqələrindən keçməsi qadağandır.
Avtomobilin sahibinin Estoniyada və ya Avropa İttifaqında yaşama icazə olması
heç bir əhəmiyyət kəsb etmir və nəzərə alınmır”.
Eyni zamanda Estoniya ərazisində olan Belarus nömrəli nəqliyyat vasitəsi 5 gündən 12 aya qədər təkrar qeydiyyata alınmalıdır ki, bu da konkret vəziyyətdən asılıdır. Bu şərtlər yerinə yetirilmədikdə, nəqliyyat vasitəsinin yollara çıxması qadağan ediləcək və sahibi cərimələnəcək.
tag: Estoniya, Belarus, Sərhədçi, Aİ, todaypress.az,