Estoniya “Artemis” proqramına qoşuldu

Dünya

18.10.2024 18:40

2026

Estoniya Amerikanın “Artemis Ay” proqramına qoşulub. 

TodayPress xəbər verir ki, bu barədə “SpaceNews” məlumat yayıb.

“Artemis” müqavilələrinin imzalanması Milanda keçirilən Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutub. İmzalanma prosesi ABŞ və digər yeddi ölkənin bu sazişləri ilk qəbul etməsindən dörd il sonraya təsadüf edir” deyə nəşr yazıb.

Estoniyanın iqtisadiyyat və sənaye naziri Erki Keldonun sözlərinə görə, “Artemis”ə qoşulmaq biznes sahiblərinin öz bilik və bacarıqlarını bölüşmək üçün cəlbedici imkanlar yaradacaq.

Qeyd edək ki, Estoniya “Artemis” proqramına qoşulan 45-ci ölkədir. 

Xatırladaq ki, “Artemis” “NASA”nın 1972-ci il “Apollon 17” proqramından sonra Aya yenidən insan göndərmək üzrə başlatdığı proqramdır. Proqramın üç mərhələdən ibarət olacağı nəzərdə tutulub. İddialara görə 2026-cı ildə “Artemis” proqramı çərçivəsində Aya ilk qadın astronavt göndərilə bilər. 

Töhfə Səməd

tag: Estoniya, İqtisadiyyat, NASA, Milan, Artemis, todaypress.az,