Əsir düşən əsgərin acı etirafı: “Ukrayna Qərbə satılıb”

Dünya

10.08.2024 16:43

“Zelenskinin danışıqlar masası arxasına oturmasının və bu xaosa son qoymaq üçün hansısa adekvat addım atmağının vaxtı çatıb”.

TodayPress, Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu əsir düşmüş ukraynalı hərbiçi deyib. 

Onun sözlərinə görə, bu müharibə çirkli pulların yuyulması üçündür və Ukrayna Qərbə satılıb. 

O, necə müharibəyə yollandığı barədə də danışıb. Bildirib ki, ona çağırış gəldikdən sonra hərbi komissarlığa yaxınlaşıb və növbəti gün onu döyüş bölgəsinə göndəriblər.

“Bu ədalətsizlikdir. Mən heç təlim də keçməmişdim” deyə o, sözlərinə davam edib.

Hərbçi əlavə edib ki, onlar mühasirəyə düşüblər və sadəcə 5 dəqiqə vuruşa biliblər. Bundan sonra onlardan təslim olmaları tələb olunub. 

Töhfə Səməd

tag: Rusiya, Ukrayna, Qərb, Zelenski, Hərbçilər, todaypress.az,