Əsədin keçmiş mətbuat katibi danışdı

Dünya

11.01.2025 16:40

“Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd bir neçə dəfə Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağa cəhd edib”. 

TodayPress xəbər verir ki, bunu Əsədin mətbuat xidmətinin keçmiş rəhbəri Kamal Saqr “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya lideri ilə əlaqə saxlamaq mümkün olmayanda Əsəd özünü təcrid olunmuş və tək hiss edib. Onun sözlərinə görə, Rusiya prezidenti ilə əlaqə saxlamaq cəhdləri dekabrın 4-dən 5-dək baş verib. Bundan bir neçə gün sonra üsyançılar Dəməşqi ələ keçirib və Əsədi devriblər. Nəticədə o, Rusiyaya qaçıb və orada sığınacaq alıb.

Saqrın sözlərinə görə, Əsəd Putinlə əlaqə saxlaya bilməyəndə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevə zəng edib. Guya o, cavab verib ki, Putin Belarusda səfərdədir və zəng edə bilməz.

Keçmiş mətbuat katibinin sözlərinə görə, Əsəd dekabrın 5-də televiziya ilə çıxış etməyi planlaşdırıb. Rusiya hərbi attaşesi Əsədin ölkəni tərk etməsinə kömək edib - devrilmiş prezident əvvəlcə Dəməşq hava limanına, sonra Xmeymim hava limanına və Latakiyadakı Rusiya bazasına, daha sonra isə Rusiyaya aparılıb.

Töhfə Səməd

tag: Bəşər Əsəd ,Rusiya,Putin, Mətbuat ,Katib,todaypress.az,