Əsədin devrilməsindən sonra 200 minə yaxın qaçqın Suriyaya qayıdıb

Dünya

19.01.2025 17:45

Dekabrın əvvəlində Suriyanın keçmiş prezidenti Bəşər Əsədin devrilməsindən sonra 200 minə yaxın suriyalı qaçqın evlərinə qayıdıb. 

TodayPress xəbər verir ki, BMT-nin qaçqınlar üzrə komissarı Filippo Qrandi bu barədə bölgəyə səfəri öncəsi bildirib. 

Qrandinin sosial mediada dərc etdiyi məlumatlara görə, dekabrın 8-dən yanvarın 16-dək təxminən 195,200 suriyalı evlərinə qayıdıb.  

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) geri dönənlərə və ev sahibi icmalara dəstəyini gücləndirdiyi üçün mən tezliklə Suriyaya və onun qonşu ölkələrinə səfər edəcəyəm” Qrandi bildirib. 

Günəş Mərd 

tag: Suriya,BMT,Bəşər Əsəd,Hizbullah,Todaypress.az,