Əsədin adını qədim Əməvi məscidindən sökdülər - FOTO
Dünya
21.12.2024 17:35
Suriyada Əsəd rejiminin izləri silinməyə davam edir.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə tarixi Əməvi məscidinin mərmər divarında olan Əsədin adı çəkiclə qırılaraq silinib.
Paytaxt Dəməşqin simvolu olan tarixi Əməvi məscidinin divarındakı mərmər kitabənin üzərində olan Suriyanın keçmiş prezidenti Hafiz Əsədin adı cümə namazı qılmaq üçün məscidə gələnlər tərəfindən silinib.
Məscidin divarındakı böyük lövhədə "Bu məscid mömin prezident Hafiz Əsədin dövründə yenilənib və bərpa edilib" sözləri yazılıb.
tag: Bəşər Əsəd, Əməvi, Məscid ,Divar, Ad,todaypress.az,