Əsəd tərəfdarları yeni hökumətin 6 nümayəndəsini öldürdülər

Dünya

26.12.2024 12:10

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin tərəfdarları yeni hökumətin - “Həyat Təhrir əl-Şam”ın 6 nümayəndəsini öldürüblər. 

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Qeyd olunub ki, onlar minlərlə məhbusun əleyhinə özbaşına qərarlar verməkdə ittiham olunan Əsəd hökumətinin keçmiş rəsmisini həbs etməyə çalışarkən qətlə yetiriliblər. 

Agentliyin məlumatına görə, Əsəd rejiminin süqutundan sonra onlarla yerli sakin də qisas məqsədilə, əsasən, Ələvi icmasının nümayəndələrinə qarşı qətllər törədiblər.

Günəş Mərd

tag: Suriya, Əsəd ,Tərəfdar, Rejim, todaypress.az,