Əsəd Suriyadan qaçmasından danışdı
Suriya prezidenti Bəşər Əsəd dekabrın 8-i səhərə qədər, silahlı müxalifət şəhərə daxil olana qədər Dəməşqdə qalıb və yalnız həmin günün axşam saatlarında ölkəni tərk edib.
TodayPress xəbər verir ki, bu barədə Suriyanın keçmiş liderinin ofisi onun “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Əsəd hücum günlərində istefa vermək niyyətində deyildi və sığınacaq istəməyi düşünmürdü. Bununla belə, prezidentin müxalifətin hakimiyyəti ələ keçirməsindən sonra ölkədə qalması mənasız oldu” bəyanatda qeyd edilib.
Həmçinin bildirilib ki, Əsəd hökumətin Suriya ərəb ordusunun və hökumət sisteminin dağıldığını etiraf edib və bu, onun sözlərinə görə, istefa qərarına səbəb olub. Bundan əlavə, o, ilk olaraq Xmeymim şəhərinə getdiyini və Dəməşqin son süqutunu öyrəndikdən sonra oradan Rusiyaya uçduğunu qeyd edib.
Günəş Mərd
tag: Bəyanət, Suriya, Lider, Dəməşq, todaypress.az,