Əsəd niyə Rusiyanı seçdi? - Səbəb açıqlandı
Dünya
13.12.2024 12:00
"Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Moskvaya gəlişi Qərb ölkələrini Rusiya rəhbərliyinin müttəfiqlərini tərk etmədiyinə inandırdı".
TodayPress xəbər verir ki, bunu Amerikanın Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbinin beynəlxalq siyasət professoru Daniel Drezner bildirib.
O, əmin olduğunu bildirib ki, Suriyada hakimiyyət dəyişikliyi Rusiya Federasiyasının Afrika dövlətlərindəki reputasiyasına zərbə vurub. Ekspertin fikrincə, indiyədək qitə ölkələrinin liderləri Kremli öz hakimiyyətlərinin qorunub saxlanmasının qarantı kimi qəbul ediblər. Bununla belə, Yaxın Şərq respublikasında baş verən hadisələr yalnız Moskvanın dəstəyinə arxalanan afrikalı siyasətçilər üçün mühüm xəbərdarlıq faktoruna çevrilib.
“Əsədin Rusiyaya gəlməsi faktı sübut edir ki, Rusiya Federasiyası özününkilərdən əl çəkmir” deyə professor əlavə edib.
Dekabrın 8-nə keçən gecə noyabrın sonunda fəallaşan Suriya müxalifətinin silahlı dəstələri respublikanın paytaxtı Dəməşq şəhərini nəzarətə götürüblər. Bəşər Əsəd və onun ailə üzvləri Rusiyaya gəliblər. Moskva onlara “humanitar səbəblərə görə” sığınacaq verib.
Töhfə Səməd
tag: Rusiya, Bəşər Əsəd ,Amerika ,Kreml, todaypress.az,