“Əsəd həbsxanaları”ndakı məhbuslar azadlığa buraxıldı

Dünya

09.12.2024 09:50

İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşmasının (HTS) başçılıq etdiyi suriyalı üsyançılar Dəməşqə gedən yolda yerləşən şəhərləri ələ keçirərkən həbsxanaların qapılarını açıb, məhbusları azad ediblər. 

TodayPress xəbər verir ki, bu barədə  “The Guardian” yazıb. 

Qeyd olunub ki, 14 illik vətəndaş müharibəsi zamanı sözügedən həbsxanalara 100.000-dən çox insan daxil olub.

Nəşr onu da bildirib ki, bu cəzaçəkmə müəssisələri “Əsədin həbsxanaları” adlandırılıb və orada qadınlar və uşaqlar da saxlanılıb.

Günəş Mərd

tag: Suriya ,Həbsxana ,Dəməşq, Şəhər ,todaypress.az,