Ermənistanla Belarus arasında vəziyyət gərginləşdi

Dünya

28.12.2024 14:38

Rəsmi İrəvan səfir Razmik Xumaryanı Minskə geri qaytarmaq niyyətində olmadığını açıqlayıb.

TodayPress xəbər verir ki, bu barədə “Sputnik-Ermənistan” məlumat verib.

Bildirilib ki, səfir 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana geri çağırılıb və o vaxtdan Belarusa qayıtmayıb.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclasında mübahisə ediblər. Paşinyan iclasda onlayn formatda iştirak edib.

Son vaxtlar İrəvanla Minsk arasında münasibətlər xeyli soyuyub. Hər iki ölkənin Xarici İşlər nazirlikləri iyunda nota mübadiləsi aparıblar.

tag: Belarusiya ,Ermənistan, Minsk ,Məsləhətləşmə ,todaypress.az,