Ermənistanın yeni daxili işlər nazirinin adı açıqlandı
Dünya
20.11.2024 11:10
Ermənistanın yeni daxili işlər nazirinin adı açıqlanıb.
TodayPress “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan sosial şəbəkədə məlumat verib.
“Hörmətli həmvətənlər, daxili işlər nazirinin müavini postunu tutan Arpin Sarkisyan daxili işlər naziri təyin olunacaq” deyə o, yazıb.
Qeyd edək ki, A.Sarkisyan qərbyönlü əlaqələri əlaqələri ilə tanınır.
Günəş Mərd
tag: Ermənistan,DİN,Nikol Paşinyan,Arpin Sarkisyan,todaypress.az,