Ermənistanın XİN başçısı COP29-a dəvət olundu
Dünya
25.10.2024 23:22
Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyan Bakıda keçiriləcək BMT-nin iqlim konfransında (COP29) iştirak üçün
dəvət alıb.
TodayPress Ermənistan mətbuatına istinadən xəbər
verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi rəhbərinin müavini Paruyr
Ovannisyan deyib.
"Bu məsələ həm sülhün bərqərar olması, humanitar
məsələlərin həlli, həm də tədbirin gündəliyi ilə bağlı bir neçə aspektdə
müzakirə olunur. Bilirsiniz ki, bu, iqlim dəyişikliyinə həsr olunmuş ən mötəbər
beynəlxalq tədbirdir. Bütün şərtləri nəzərə alaraq, yaxın vaxtlarda
Ermənistanın tədbirdə hansı səviyyədə təmsil olunacağına qərar verəcəyik” o
qeyd edib.
“Mirzoyanın COP29-da iştirakının mümkün olub-olmaması ilə
bağlı suala Ovannisyan “heç bir variant istisna edilmir” cavabını verib. O,
əlavə edib ki, “hər şey yaxın həftələrdə baş verəcək hadisələrdən asılıdır.
tag: Ermənistan, XİN, Mirzoyan, COP29,BMT,