Ermənistanın xarici borcu 12 milyard dolları keçdi
Dünya
22.07.2024 17:20
Ermənistanın xarici borcu 12 milyard dollar həddini ötüb.
TodayPress, “Hraparak”a istinadən xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan bildirib.
“Ermənistan hökumətinin xalqa göstərdiyi “yüksək” xidmət nəticəsində, Ermənistan Respublikasının dövlət borcu iyunun 1-də 12 milyard dollar həddini keçib. Əhalinin sayına bölsək, hər birimizin 4000 dollardan çox borcumuz var” deyə o, bildirib.
Günəş Mərd
tag: Ermənistan, Borc, Hökumət, Əhali, Dollar, todaypress.az,