Ermənistanın Tavuş rayonunda traktor minaya düşdü

Dünya

24.07.2024 21:00

Ermənistanın Tavuş rayonunda traktor minaya düşüb.

TodayPress Ermənistan KİV-ə istinadən xəbər verir ki, traktor sürücüsü yüngül xəsarət alıb.

Onun sözlərinə görə, traktor sərhəddə mühəndis işləri apararkən partlayıb.

Nəticədə texnika tamamilə sıradan çıxıb.

Zərərçəkmiş İcevan şəhər xəstəxanasına çatdırılıb, vəziyyətini həkimlər qənaətbəxş kimi qiymətləndiriblər.

tag: Ermənistan, Tavuş, Traktor, Mina, todaypress.az,