Ermənistanın sabiq müdafiə naziri Moskvada saxlanıldı
Dünya
30.12.2024 16:40
Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə “112 Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, A.Karapetyan gündüz saatlarında Tver küçəsində saxlanılıb.
Sabiq nazir Ermənistanda "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak", "Vəzifə səlahiyyətlərindən sui-istifadə" və s. maddələr üzrə axtarışa verilib.
Xatırladaq ki, Arşak Karapetyan 2021-ci ildə bir neçə ay Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.
tag: Ermənistan,Arşak Karapetyan,Moskva,Sabiq,Müdafiə naziri,todaypress.az,