Ermənistanın müxalif hərəkatı bu gün aksiya keçirəcəyini açıqladı

Dünya

13.06.2024 08:04

Bu gün Ermənistanın “Vətən uğrunda Tavuş” hərəkatı hökümət binasının qarşısında aksiya keçirəcək.

TodayPress Ermənistan mətbuatına istinadla xəbər verir ki, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" müxalifət hərəkatı iyunun 13-də Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirəcəyini elan edib.

Xatırladaq ki, dünən müxalifətin çadır qurduğu və müddətsiz aksiya keçirdiyi parlament binasında xüsusi vasitələrdən istifadə edən polislə toqquşması baş verib. Qrşıdurma zamanı 79 vətəndaş nəfər yaralanıb, 98 nəfər saxlanılıb.

GÜNEL

tag: Ermənistan, Müxalif hərəkat, Aksiya, Hökümət binası, todaypress.az,