Ermənistanın Aİ-yə üzvlük prosesi ilə bağlı növbəti addım
Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə komissiyası respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.
Qərar səs çoxluğu ilə qəbul olunub.
Komissiya layihəni martın 25-də başlayacaq parlament iclaslarının gündəliyinə göndərəcək.
Qeyd edək ki, 2025-ci il fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
tag: Ermənistan,todaypress.az,Avropa İttifaqı,Parlament,Qanun,